Şəmkir rayonunda təsis edilən “Düyərli Xeyriyyə Fondu”nun üzvləri əsirlikdən qayıdan Şərif Əliyevi, eləcə də 2 Şəmkirli qazimiz – Samir Hacıyev və Famil Niftəliyevi ziyarət ediblər.
“Newpost.az” xəbər verir ki, sözügedən fondun üzvləri ilk öncə Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndinə gedərək Ş.Əliyevin evində ona baş çəkib, qurban kəsib, səhhəti, eləcə də cari problemləri ilə maraqlanıblar. Bununla yanaşı fondun adından ona hədiyyə təqdim edilib.
Qeyd edək ki, Ermənistanın əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şərif Əliyev 14 dekabr tarixində Azərbaycana qaytarılıb.
Daha sonar sözügedən fondun üzvləri Şəmkir şəhərində yaşayan 2 qazimiz – Samir Hacıyev və Famil Niftəliyevə də baş çəkərək onların səhhəti ilə maraqlanmış, habelə fondun hədiyyələrini onlara təqdim etmişlər.
Xatırladaq ki, “Düyərli Xeyriyyə Fondu”nun üzvləri bundan öncə erməni əsirliyindən qayıdan Amin Musayevi də ziyarət etmişdilər.
“Newpost.az” xəbər portalı olaraq “Düyərli Xeyriyyə Fondu”na gələcək işlərində uğurlar arzulayırıq!

















































































































































