Son günlər ən çox müzakirə olunan mövzulardan biri də COVİD-19-a qarşı peyvənd kompaniyasıdır. Qeyri rəsmi sorğulara nəzər saldıqda insanların təqribən 10%-i Çin istehsalı olan vaksini vurdurmaq haqda düşünür. İnsanlarımızın böyük əksəriyyəti peyvənd olunmaq istəmirlər. Bu isə yaxşı heç bir prespektiv vəd etmir.
“Newpost.az” xəbər verir ki, bunu pediatr Elşan Tağıyev özünü “Instagram” səhifəsində paylaşımında qeyd edib.
O, vurğulayıb ki, COVİD- 19-a qarşı kollektiv immunitet yaranması və xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün insanların ən azından 70%-də sinxron(eyni zamanda) olaraq immunitet olmalıdır. Dünya ölkələrində bu vaxt qədər ortalama təqribən 10 % əhali koronavirus infeksiyası keçirmişdir.
Bu rəqəmlərə nəzər saldıqda çox asanlıqla başa düşmək olar ki, əgər hamımız ( və ya mütləq əksəriyyətimiz) peyvənd olunmasaq bu bəla hələ uzun müddət bizimlə qalacaq və normal həyatımıza dönə bilməyəcəyik. Peyvənd olmasa ən yaxşı halda qarşıdakı bir neçə ili 2020-ci ildə olduğu kimi karantin və məhdudiyyıtlər şəraitində keçirəcəyik.