“Mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınayırıq. Tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılması istəyirik. Həlak olmuş şəxslərə başsağlığı, yaralılara şəfa diləyirik”.
“Newpost.az” xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Baş prokuror Kamran Əliyevlə görüşdə deyib.
Səfir vurğulayıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.