Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) oyununun heyətləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İstanbulda baş tutacaq qarşılaşmadan öncə start “11-lik”ləri və ehtiyat oyunçular skamyasında qalacaq futbolçular bəlli olub.
Baş məşqçi Qurban Qurbanovun yoxluğunda onun köməkçisi Elçin Rəhmanov və israillilərin çalışdırıcısı Giorgios Donis “Başakşəhər Fatih Terim” stadionundakı görüşdə güvənəcəkləri oyunçuları müəyyənləşdirib. İ qrupunun V turunun Türkiyədəki qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail)
Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Ovusu Kvabena, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye















































































































































