Hazırda Qubadlı rayonunda xidmətdə olan əsgər Qasım Əhməd oğlu İbrahimov ingilis dilində dünya ictimaiyyətinə müraciət edib.
“Newpost.az” xəbər verir ki, Qasım İbrahimov bu şanlı tarixin bir parçası, parlaq qələbənin qazanılmasında pay sahibi olduğu uçün fəxr etdiyini, qürur hissi keçirdiyini bildirib.
Qasım İbrahimov dünyanın ən qədim və ən məşhur universitetlərindən biri olan İtaliyanın “La Sapienza” Universitetində təhsil alıb. O, Avropa Parlamentində çalışdığı dönəmdə də dəfələrlə erməni siyasətçilərlə debatlara çıxmış və tutarlı sübutları ilə onları hər zaman susdurmağa nail olmuşdur.
Xatırladaq ki, Qasım İbrahimov hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışır.