Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva oğlu ön cəbhədə əsgər olan yazar Nuranə Nurla görüşüb.
Azərbaycanın Böyük Vətən Müharibəsindəki zəfəri münasibəti ilə onu təbrik edib. Komitə sədri qalib orduda xidmət edən əsgərin anası olması etibarı ilə yazarın fəxarət, qürur hissi keçirməyə haqqı olduğunu vurğulayıb.
Qənirə Paşayeva tarixi zəfərimizin təbliği, tərənnümü yönündə yaradıcı insanların üzərinə düşən mənəvi məsuliyyət barədə danışıb, öz fikirlərini bölüşüb.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın başçılığı ilə təmin etdiyi tarixi uğurumuzun, çağdaş tariximizin parlaq səhifəsini təşkil etdiyinin xüsusi vurğulandığı görüşdə, hərbi zəfərlərin millətin mənəvi-mədəni durumuna, yazarların yaradıcılıq planlarına da önəmli təsir göstərdiyi qeyd olunub.
Nuranə Nur səmimi görüşə, təbriklərə görə Qənirə Paşayevaya təşəkkür edib.