“Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir: “Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur”.