Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.
Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub.
Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur