Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulub.
“Newpost.az” xəbər verir ki, 14 nəfərin həlak olduğu təsdiqlənib, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.