Bugün Londonda yaşayan bir qrup həmvətənimiz tərəfindən 18 oktyabr Müstəqillik Günü ilə bağlı şəhərin mərkəzi küçələrində şanlı üç rəngli bayraqlarımızla bəzədilmiş maşın karvanlarının yürüşü təşkil olunub.
Bu barədə “Newpost.az”a Londondakı xüsusi müxbirimiz məlumat verib.
















































































































































