Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri ötən gecə – oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutub.
Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.
Oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: “Mərminin biri məktəbin qarşına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb”.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.