Münaqişəyə digər dövlətlərin müdaxiləsi halında Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək.
“Newpost.az” “Bizimyol.info”a istinadən xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop səsləndirib.
Türkiyə parlamentinin spikerinin – ordunun lazım gələrsə, Azərbaycana göndərəcəyik bəyanatı Rusiyaya bir ismarıcdır. Ankara açıq-aşkar bildirdi ki, əgər müharibəyə hər hansı üçüncü qüvvə müdaxilə edərsə, Türkiyə ordusu da səssiz qalmayacaq.
Ekspertlərin fikirinə görə, budəfəki döyüşlərə Rusiya ordusunun müdaxilə etməməsinin ən əsas səbəbi Türkiyə faktorudur. Kreml hələ ki, seyr edir və ciddi şəkildə düşünür.
“Bu gün Kremldə Rusiyanın vasitəçiliyilə baş tutacaq görüşdə Ermənistan yox, məhz Azərbaycan və Rusiya bir biri qarşısında tələb və istəklərini deyəcəklər”.
Bu fikri Bizimyol.infoya politoloq Zaur Məmmədov səsləndirib.