Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Azərbaycanın güclü ordusu erməni təxribatının qarşısını peşakarcasına alır və buna qadirdir. Aciz düşmən isə kütləvi olarq mövqelərini tərk edirlər. Azərbaycanın bu uğurlu mübarizəsi tezliklə qələbə ilə nəticələnəcəkdir. Ordumuz ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımzın düşmən tapdağından azad etməyə qadirdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalarından imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Bu gün biz öz birliyimizi bir daha sübut etməliyik. Azərbaycan Ordusu dövlətin dayağı xalqın güvənc yeri və qürur mənbəyidir. Azərbaycan dövləti işğal olunmuş bütün tormaqlarını mütləq azad edəcəkdir və bu gün çox uzaqda deyil. Bir neçə gündür davam edən mübarizə Azərbaycan ordusunun qələbəsi ilə nəticələnəcəkdir.
Azərbaycan ordusunun Erməmistan silahlı qüvvələrinin qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən ruh-yüksəkliyi ilə qarşılanır.
Cənab Prezident, siz dəfələrlə qeyd etmisiniz ki, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqıdr. Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılıb və talan edilib. Düşmən işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə azərbaycanlıların bütün izlərini silməkdir. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün biz birlik olub düşmənlərimizin yanan bütün işiqlarını söndürməliyik. Düşmən üzərində sönən günəş Azərbaycan üzərində işıq saçacaq.
Ölkə başçısının qeyd etdiyi kimi erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından!
Tezliklə Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada dalğalanacaqdır!















































































































































