Əsas səhifəCəmiyyətAygün Kazımova: Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşməli, ön cəbhədəki əsgər və zabitlərinə mənəvi dayaq durmalıdır
Aygün Kazımova: Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşməli, ön cəbhədəki əsgər və zabitlərinə mənəvi dayaq durmalıdır
30 ildən çoxdur ki, xalqımız elan olunmamış müharibəyə cəlb olunub, vətənimizin 20% -dən çox hissəsi işğala məruz qalıb. BMT kimi mötəbər bir qrumun Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair qətnamələrinin mövcut olmasına baxmayaraq, Ermənilər buna məhəl qoymur. Artıq Azərbaycan xalqının səbri tükənib. Ermənilər heç bir beynəlxaq konvensiyaya məhəl qoymayaraq hətda yeni torpaqların işğalı arzusu ilə yaşayır və bu istiqamətdə ciddi işlər aparırlar. Bu yaxınlarda Tovuz istiamətindəki döyüşlər bir daha bunu sübut etdi.
Sentyabrın 27-də səhər saat 06:00 radələrində düşmən yenidən dinc əhaiyə qarşı atəşkəs rejimini pozması nəticəsində xeyli dinc sakin vəfat etmiş , yaralanmış və çox sayda tikiliyə ziyan dəymişdir.
Müzəffər ordumuz artıq düşmənə laiqli cavab verməyə başlamışdır. Qısa vaxtda Fizuli və Cəbrayl rayonlarının 6 yaşayış məntəqəsi , Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmiş , bir neçə yüksəklik nəzarət altına alınmışdır.
Ölkə prezidenti İham Əliyev bu gün səhər saatlarında Təhlükəsizlik şurasının iclasını keçirərkən qeyd etişdır ki, “bizim işimiz haqq işidir, heç kimin torpaqlarında gözümüz yoxdur, amma işğal altında olan torpaqlarmızı işğaldan azad edəcəyik”. Buna görə hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşməli, ön cəbhədəki əsgər və zabitlərinə mənəvi dayaq durmalıdırlar.
Bir vaxtlar səsləndirilmiş “Hər şey vətən üçün ” süarı bu gün bu sahədə aktuallaşmalıdır. Hər kəs öz bacardığı köməkliyi göstərməlidir.
Aygün Kazımova
Yap Səbail Rayon təşkilatı GB İdarə Heyyətinin üzvü