“Newpost.az” xəbər portalının instagram səhifəsində (newpost.az) canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu gün efirə gedən buraxılışının qonağı ölkəmizin ən tanınmış nevroloqlarından biri Leyla Şahbazova olub.
Canlı yayımı giriş sözü ilə açan moderator Nurlan Şakiroğlu ilk öncə layihənin əsas məqsədi barədə izləyicilərə ətraflı məlumat verib.
Daha sonra nevroloq həkim Leyla Şahbazova izləyiciləri salamlayaraq canlı yayıma uğurlar arzulayıb.
Sonra izləyicilər tərəfindən ünvanlanmış bir-birindən maraqlı suallar həkim tərəfindən əhatəli şəkildə cavablandırılıb.
Sonda moderator Nurlan Şakiroğlu və nevroloq həkim Leyla Şahbazova izləyicilərə həm verilən maraqlı suallara, həm də layihəyə göstərdikləri yüksək marağa görə təşəkkür ediblər.