Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
İzləyicilərimizin çoxsaylı istəyini nəzərə alaraq, “Canlı ünsiyyət” layihəsinin bu həftə nəzərdə tutulan canlı efirinin qonağı qismində tanınmış nevroloq həkim Leyla Şahbazovanı dəvət etmişik.
Canlı yayım 24 sentyabr 2020-ci il tarixində saat 21:00-dan etibarən “newpost.az” və “nevroloq_leyla” instagram səhifələrində baş tutacaq. Leyla Şahbazova panik atak, epilepsiya, yaddaş problemi, xoruldama və s. nevroloji mövzularda sizlərin öncədən və canlı yayım müddətində bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost.az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin rəy və ya mesaj bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.