Bu gün Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Psixoloq Ruqiyyə Əşrəfli tərəfindən “Mövsümi duyğu pozuntuları” mövzusunda “Açıq havada psixoloji konsultasiya” baş tutub.
“Newpost.az” xəbər verir ki, psixoloq Ruqiyyə xanım gənclərlə duyğuların mövsümi pozuntuları haqqında söhbət edərək, onlarla bu mövzu ətrafında müzakirələr aparıb.
















































































































































