Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
“Newpost.az” xəbər verir ki, ölkə futbolunun flaqmanı “Neftçi” turnirdə növbəti oyununu Türkiyə nəhəngi “Qalatasaray”a qarşı keçirəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.
17 sentyabr
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, I mərhələdə Makedoniya “Şkupi”sini mübarizədən kənarlaşdırmış “ağ-qaralar” İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.