“Newpost.az” xəbər portalının instagram səhifəsində (newpost.az) canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu gün efirə gedən buraxılışının qonağı əmək və sosial hüquq məsələləri üzrə ekspert Ruslan Hümbətov olub.
Canlı yayımı giriş sözü ilə açan moderator Nurlan Şakiroğlu ilk öncə layihənin əsas məqsədi barədə izləyicilərə ətraflı məlumat verib.
Daha sonra ekspert Ruslan Hümbətov izləyiciləri salamlayaraq canlı yayıma uğurlar arzulayıb.
Sonra izləyicilər tərəfindən ünvanlanmış bir-birindən maraqlı suallar ekspert tərəfindən əhatəli şəkildə cavablandırılıb.
Sonda moderator Nurlan Şakiroğlu və ekspert Ruslan Hümbətov izləyicilərə həm verilən maraqlı suallara, həm də layihəyə göstərdikləri yüksək marağa görə təşəkkür ediblər.