Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Newpost.az”ın Qərb regionu üzrə müxbirinin verdiyi məlumata görə, hadisə Şəmkir-Zəyəm magistral yolunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “GAZ 3110” markalı avtomobillə “Hyundai Sonata” markalı minik avtomobilləri toqquşub.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.