Bakı Gənclər Mərkəzi və Şah Klub Şahmat Klubunun birgə təşkilatçılığı ilə 4 sentyabr 2020-ci il tarixində açıq havada Blitz (3+2) turniri həyata keçirilib.
Heydər Əliyev adına parkda keçirilən turnirdə 39 nəfər iştirak edib.
Ümumi 9 turdan ibarət olan turnirdə pandemiya şəraiti nəzərə alınaraq, bütün qaydalara riayət edilməklə xüsusi tədbirlər görülüb.
Turnirin sonunda təltifetmə mərasimi keçirilib.
39 iştirakçının qatıldığı yarışda 12 nəfər Bakı Gənclər Mərkəzi tərəfindən diplom və medallarla təltif ediliblər.

















































































































































