Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.
“Newpost.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb. Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.