Heyva – əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dərmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.
Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir.
Həzmə kömək edir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır.
Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.
Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.
Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar
Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.
Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.