Açıq havada reklam yerləşdirən 20-dən artıq reklam şirkəti pandemiya səbəbilə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar hazırda çox çətin vəziyyətə düşüblər.
“Newpost.az”ın əldə etdiyi məlumata görə bunun əsas səbəbi sözügedən şirkətlərin müştərilərinin açıq hava reklamlarının icarələrindən imtina etməsidir.
Reklam şirkətləri tərəfindən ADRA-ya aprel, may, iyun və iyul ayları üzrə yayım haqqlarının ödənilməsində müəyyən güzəştlərin tətbiqi ilə bağlı etdikləri müraciət isə hələ də öz həllini tapmamışdır.
Bununla əlaqədar qeyd olunan problemin həllində müvafiq köməkliyin göstərilməsi məqsədi ilə həmin şirkətlər ölkə başçısı cənab İlham Əliyev və Birinci-vitse prezident xanım Mehriban Əliyevaya məktub ünvanlayıblar.
Məktubun mətni və imzalayan şirkətlərin siyahısı aşağıdakı linkdə öz əksini tapıb:
Newpost.az – mektub















































































































































