Hazırda yay tətilində olan “Survivor-2020” yarışmasının iştirakçısı Aycan Yanaç sosial media hesabında paylaşdığı çəhrayı bikinili pozası ilə izləyicilərini heyrətləndirib.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aycana ilk şərh yaxın dostu Sərcan Yıldırımdan gəlib. Belə ki, Sərcan Aycanın bikinili fotosuna sual işarəsi qoyub. Buna cavab olaraq Aycan iki sual işarəsi ilə qarşılıq verib. Bu isə izləyicilərin böyük marağına səbəb olub.














































































































































