Gənc sahibkar xanım, xeyriyyəçi Günel Məmmədhəsənova “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Qərb Regional Nümayəndəliyi rəhbərinin müavini vəzifəsinə təyin edilib.
“Newpost.az” xəbər verir ki, bununla bağlı sözügedən Birliyinin Qərb Regional Nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Xatırladaq ki, Günel Məmmədhəsənova eyni zamanda “NAIGin K Tovuz Baltiya” MMC-nin icraçı direktoru, “Tovuz-Baltiya” MMC-nin Fransa respublikasındakı nümayəndəliyi olan “Azeri-Frans” MMC-nin baş direktorudur.
“Newpost.az” xəbər portalı olaraq Günel xanıma yeni işində davamlı uğurlar arzulayırıq!