Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayıb.
40-cı dəqiqədə haitili müdafiəçi Donald Gerye hesab arasındakı fərqi artırdı.
“Qarabağ” 2:0 hesabı ilə qalib gəlir.
20:11
“Qarabağ” – “Sileks” matçında hesab açılıb.
11-ci dəqiqədə xorvatiyalı Filip Ozobiçin ötürməsi ilə ispaniyalı Xayme Romero hesabı açıb. “Qarabağ” 1:0 qalib gəlir.
“Newpost.az” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionu “Qarabağ”la Şimali Makedoniyanın “Sileks” komandaları qarşılaşır.
Qeyd edək ki , UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.
19:29
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda qarşılaşacaq “Qarabağ” və “Sileks”in (Şimali Makedoniya) start heyətləri açıqlanıb.
Komandalar matça bu heyətlə çıxacaqlar.
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Tural Bayramov, 99. Ruslan Hacıyev
Baş məşqçi: Qurban Qurbanov
“Sileks”: 1. Daniel Bojinovski, 26. Daniel Karçeski, 5. Srcan Draşkoviç, 6. Vlatko Qrozdanoski, 22. Angelse Timovski, 20. Denis Ristov, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 27. Deyan Tanturovski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeravitsa, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski
Məşqçi: Draqan İvanov
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin qalibi ilə qarşılaşacaq.