Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasından 10 il ötür.
Ölkənin ən çox izlənən və istinad olunan saytlarından biri olan“Qafqazinfo” inkişaf edərək hər il oxucu kütləsini və sıralarını genişləndirir.
Hazırda xəbər portalının 23 rəsmi əməkdaşı var. Bundan başqa, ölkənin digər rayonlarında baş verən xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də fəaliyyət göstərir.
24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.
Gün ərzində sayta 150-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.
Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə gündəmdədir.
“Newpost.az” xəbər portalı olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!
















































































































































