“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
“Newpost.az” Qaynarinfo-ya istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə Kayo Rangellə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı forvard daha əvvəl ölkəsinin “Kruzeyro”, “Krisiuma”, “Yuventude”, “Parana”, “San Bento”, “Ferrovayra”, İtaliyanın “Kalyari”, Portuqaliyanın “Arouka” və “Eştoril” klublarının da şərəfini qoruyub.
Hücumçu Braziliyanın U-14 (2010) və U-17 (2013, 8 oyun, 3 qol) yığma komandalarında çıxış edib.
















































































































































