Əsas səhifəCəmiyyət“Canlı ünsiyyət” layihəsində tanınmış Radioloq KORONAVİRUSLA bağlı izləyicilərin suallarını instagramda canlı olaraq cavablandırılacaq
“Canlı ünsiyyət” layihəsində tanınmış Radioloq KORONAVİRUSLA bağlı izləyicilərin suallarını instagramda canlı olaraq cavablandırılacaq
Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
“Newpost.az” xəbər portalı “Canlı ünsiyyət” layihəsinin bu həftə nəzərdə tutulan canlı yayımını Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirəcəkdir. Layihə son dövrlərin ən aktual mövzusuna həsr edilmişdir. Mövzumuz “Koronavirusdan necə qorunmalı, KT müayinəsinin üstün və zəif cəhətləri”dir. Qonaq qismində isə tanınmış Radioloq həkim İlahə Hüseynzadəni dəvət etmişik.
Canlı yayım 15 avqust 2020-ci il tarixində saat 20:00-dan etibarən “newpost.az” instagram səhifəsində baş tutacaq. İlahə Hüseynzadə sizlərin öncədən bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost.az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin mesaj bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.