Şəmkir rayonu Düyərli kənd sakini Rəşad Mirzəyev tərəfindən Tovuz və 2016-cı ilin aprel şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Şəhid guşəsi” hazırlanıb.
“Newpost.az”ın Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata əsasən, rayonun Düyərli kəndi ərazisində, Bakı-Qazax magistral yolunun üzərində sərgilənən guşədə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalan zabit və əsgərlərimizin, o cümlədən 2016-cı ilin aprel ayında şəhid olmuş Düyərli kənd sakini Altun Dəmirli və Milli qəhrəman Mübariz İbrahimovun şəkilləri yer alır.
Bu guşə rayon gənclərində vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. İndi hər gün buradan keçən minlərlə yerli sakin, eləcə də qonaqlar güşə ilə tanış olur, qürurumuz, fəxrimiz olan şəhidlərmizin xatirəsini ehtiramla yad edilər.

















































































































































