Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours – Massage Center” aşkar olunaraq, fəaliyyəti dayandırılıb.
“Newpost.az” xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.