“Koronavirusla mübarizə sahəsində Azərbaycan hökuməti beynəlxalq əməkdaşlığı davam etdirir”.
“Newpost.az” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün İtaliyadan olan bir qrup həmkar Azərbaycana gəlib: “Çindən də Uhanda fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur”.