Hazırda işçilərin hansı tərkibdə işə cəlb edilməsi məsələsi müzakirə edilməkdədir.
“Newpost.az” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, hazırda bütün iş yerlərində yay fəsli ilə əlaqədar iş yükü azdır. Həm bu prizmadan, həm də məlum pandemiyanın qarşısının alınması baxımından işçilərin növbəlilik prinsipi əsasında işə cəlb edilməsi məsələsi Operativ Qərərgahda baxılmaqdadır.