Xanəndə Kamilə Nəbiyeva nişanlanıb.
“Newpost.az” xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişan şəkillərini öz şəxsi instagram səhifəsində izləyiciləri ilə bölüşən Kamiləni həmkarları da təbrik ediblər.
Qeyd edək ki, K.Nəbiyeva muğam müsabiqəsinin qalibi olub.















































































































































