Bu gün Respublikanın əməkdar artisti, Bakı Uşaq və Gənclər Teatrının rəhbəri, aktyor və rejissor İntiqam Soltan tərəfindən “360 Sevgi” mövzusunda vebinar baş tutub.
“Newpost.az” xəbər verir ki, vebinarda gənclər tərəfindən maraqlı suallar səsləndirilib.
Sonda vebinar iştirakçıları yüksək təşkilçılığa görə Mərkəzin direktoru Nərgiz Babayevaya təşəkkürlərini bildirərək belə faydalı, maarifləndirici tədbirlərin mütəmadi şəkildə keçirilməsini xahiş etmişlər.
Xatırladaq ki, ötən həftə də “Bakı Gənclər Mərkəzi”nin təşkilatçılığı ilə yazıçı, jurnalist, publisist Zöhrə Əsgərova ilə “Özünə qayıdış” mövzusunda vebinar keçirilmişdi.
















































































































































