Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” və “Facebook” sosial şəbəkələrindəki rəsmi səhifələrində Müqəddəs Qurban Bayramı münasibətilə paylaşım edib.
“Newpost.az” xəbər verir ki, paylaşımda qeyd olunub:
Əziz həmvətənlərim!
Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!
















































































































































