Naftalan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 iyul 2020-ci il saat 15:00-da yeni növ koronavirus pandemiyasından necə qorunmalı və bununla bağlı ictimaiət arasında nə cür təbliğat aparılmalı olduğu barədə “COVİD-19-la mübarizə” mövzusunda onlayn video konfrans keçiriləcəkdir.
“Newpost.az” xəbər verir ki, Konfransın qonaqları Naftalan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Orxan Bağızadə, Naftalan Şəhər Gigiyena və Epidemologiya mərkəzinin direktoru İltifat Lütfizadə, şəhər və kənd Bələdiyyələri və İnzibati Ərazi Dairələri üzrə Nümayəndəlikləri olacaqdır.
Konfransa qoşulmaq istəyən şəxslər Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəsmi “Facebook” adresinə müraciət edə bilərlər.