Hazırda İngiltərənin paytaxtı London şəhərində yenidən Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçirilməkdədir.
Bu barədə “Newpost.az”a Londonda yaşayan həmvətənlərimiz məlumat verib.
BBC-nin binası qarşısında keçirilən aksiya daha sonra Böyük Britaniya Parlamentinin qarşısında davam edəcək.
Aksiyada “Qarabağ bizimdir, bizim olacaq”, “Erməni işğalına son”, “Erməni aqressiyasına son”, “Şəhidlər ölməz, vətən bölünməz” və digər şüarlar səsləndirilir. Təxminən 500 nəfərdən artıq insanın qatıldığı aksiyada azərbaycanlılarla yanaşı Türkiyə, Qazaxıstan və Özbəkistan diasporunun nümayəndələri də iştirak edirlər. Qarşı tərəfdə isə az sayda erməni nümayəndələri də var. Hazırda aksiya davam edir.
Aişə QURBANOVA


















































































































































