28 iyul 2020-ci il tarixində 8 rayonun iştirakı ilə “Azərbaycan gəncliyi hər zaman dövlətin və dövlət başçımız möhtərəm İlham Əliyevin yanındadır” mövzusunda onlayn qaydada regional tədbir keçirilib.
“Newpost.az” xəbər verir ki, “Zoom” tətbiqi vasitəsi ilə keçirilən onlayn tədbirdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Neftçala Rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi Zamiq Əsgərov, tovuzlu müəllim Sərxan Mirzəyev çıxış ediblər.
Tədbir iştirakçıları “Vətənin müdafiəsinə hazırıq” , “Gənclər dövlətin və dövlət başçısının yanındadır”, “İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi”, vətənpərvəlik tərbiyəsi və digər vətənpərvərlik istiqamətində çıxışlar edilib.
Tədbirdə 120 nəfər gənc iştirak edib.





















































































































































