Naftalan Şəhər İcra Hakimiyyəti, YAP Naftalan Şəhər Təşkilatı və Naftalan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Naftalan gənclərinin vətən sevgisi” mövzusunda şəhər gənclərində vətənpərvərlik hissinin aşılanması məqsədilə video konfrans keçiriləcək.
“Newpost.az” xəbər verir ki, konfrans onlayn olaraq (Zoom) 27 iyul 2020-ci il, saat 15:00-da baş tutacaq.
Qoşulmaq istəyənlər Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəsmi “Facebook” səhifəsinin paylaşım və ya mesaj bölməsinə yaza bilərlər.