İllər boyu SSRİ məkanında ulduz müğənnilərdən olmuş, hələ də səhnəni tam tərk etməmiş Alla Puqaçovanın hər çıxışına görə aldığı qonorarın məbləği açıqlanıb.
KP.ru yazır ki, “Ru-Konsert” şirkətinin baş direktoru Yevgeni Morozovun sözlərinə görə, 71 yaşlı artist hazırda nadir hallarda evini tərk edir:
“Alla Borisovna indi korporativ məclislərdə oxumur, çünki hamı onun qonorarının olduqca böyük olmasından xəbərdardır. Hazırda milyonları küçəyə səpməyin vaxtı deyil”.














































































































































