24 iyul tarixində Moskvada baş verən qarşıdurmalarla əlaqədar qanunsuz hərəkətlər etməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb və onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işləri açılıb.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, saxlanılan qarşıdurma iştirakçılarına qarşı Cinayət Məcəlləsinin 213-cü maddəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılmış sui-qəsd və ya mütəşəkkil dəstə tərəfindən törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.