İtaliyanın “İnter” futbol klubu 2021-ci ildə İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messiyə transfer təklifi edəcək.
“Newpost.az” xəbər verir ki, bu barədə Sport Mediaset portalı bildirib. 33 yaşlı L.Messinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.
Milanalılar, klubdakı mövcud çətin münasibətləri nəzərə alaraq, müqavilənin bitməsindən sonra Messini pulsuz alacağına ümid edirlər.