Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul – Milli Mətbuat Günü münasibətilə özünün “Instagram”səhifəsində paylaşım edib.
“Newpost.az” xəbər verir ki, paylaşımda deyilir:
“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”















































































































































