Ötən gün Londonda azərbaycanlılarla ermənilər arasında qarşıdurma olub.
Bu barədə “Newpost.az”a Londonda yaşayan həmvətənlərimiz məlumat verib.
Belə ki, hadisə London şəhərində yaşayan yüzlərlə Azərbaycanlı tərəfindən Ermənistan təcavüzkarlarının Tovuz rayonu istiqamətində törətdikləri təxribatlara qarşı etiraz aksiyası keçirərkən baş verib.
Azərbaycanlılar aksiyada “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistan terrorçudur” şüarları səsləndirən zaman bir qrup erməni təxribatçı hərəkətlər edib. Nəticədə aksiya iştirakçıkları olan soydaşlarımızla ermənilər arasında kütləvi dava başlayıb. Hadisə yerinə London polisləri cəlb edilib.
Xatırladaq ki, artıq bir neçə gündür dünyanın müxtəlif ölkələrində həmvətənlərimiz tərəfindən analoji dinc aksiya və yürüşlər təşkil olunur.
















































































































































