Bugündən etibarən Moskvanın ən böyük topdansatış meyvə-tərəvəz bazası olan “Food City”də erməni malı boykot elan edilib.
Bu barədə “Newpost.az”a sözügedən bazada fəaliyyət göstərən həmvətənlərimiz məlumat verib. Onların sözlərinə görə səhər saatlarından etibarən ermənilərə məxsus bütün maşınlar bazadan çıxarılıb və ermənilərlə ticarətin tamamilə dayandırılması tövsiyə olunub.
Qeyd edək ki, “Food City” bazası Azərbaycanlı iş adamları İlham Rəhimov və yəhudi əsilli Qod Nisanova məxsusdur.
Xatırladaq ki, ötən gün də Rusiyanın Sankt Peterburq şəhərinin “Софийская База” adlanan ən böyük ticarət mərkəzində, ticarətlə məşğul olan Şəmkirli soydaşlarımız erməniləri bazadan çıxarıb və onların yük maşınlarını bazaya buraxmamışdılar.