Bugün İsveç Krallığının Göteborq şəhərində Azərbaycan Ordusuna dəstək yürüşü nümayiş etdirilib.
Bu barədə “Newpost.az”a İsveçdə yaşayan həmvətənimiz Turan Əliyev məlumat verib.
Onun sözlərinə görə Göteborq və ətraf şəhərlərdə yaşayan təxminən 100 nəfərə yaxın Azərbaycanlı Ermənistan təcavüzkarlarının Tovuz rayonu istiqamətində törətdikləri təxribatlara etiraz olaraq dinc aksiya keçirib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları ilə şəhərin mərkəzi meydanına yürüş ediblər.
Qeyd edək ki, bugün İsveçin paytaxtı Stokholmda da Ermənistan səfirliyinin qarşısında analoji yürüş təşkil olunub.
















































































































































