Son zamanlar ölkəmizdə kompüter tomoqrafiyasına müraciət edənlərin sayı 50%-dən çox artıb. Buna səbəb koronavirus qorxusudur.
Bu sözləri “Newpost.az”a açıqlamasında radioloq həkim İlahə Hüseynzadə deyib. O, qeyd edib ki, insanlar xəstə olub-olmamağından asılı olmayaraq klinikalara üz tuturlar. Çünki koronavirusun bəzi əlamətləri məhz bu müayinə zamanı müəyyən olunur. Pandemiyanın sürətlə yayılması fonunda ağ ciyərlərini müayinə etdirələnlərin əksəriyyəti yaşı 40-dan yuxarı olanlardır. Amma 20 yaşdan yuxarı gənclər arasında da bu müayinəyə müraciət edənlər çoxdur.
Həkim İlahə Hüseynzadənin sözlərinə görə hər kəs bu müayinəyə üstünlük versə də əslində həkim göstərişi olmadan KT-də iştirak etmək düzgün deyil. Çünki yersiz müayinənin ciddi fəsadları ola bilər. Hətta bu, gələcəkdə insanlarda xərçəng riskini artırır.