ABŞ koronavirusun müalicəsi üçün təsdiqlənən Remdesivir dərmanının üç aylıq ehtiyatını satın alıb.
“Newpost.az” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
“Onlar praktiki olaraq preparatın, demək olar ki, əksəriyyətini satın alıblar. Avropa üçün heç nə qalmayıb”, – deyə Liverpul universitetinin elmi əməkdaşı Endryu Hill bildirib.
Nəşrin məlumatına görə, bu o deməkdir ki, yaxın zamanlarda heç bir ölkə lazım olan qədər preparat ala bilməyəcək.
Qeyd edək ki, Remdesivir dərmanını qəbul edən koronavirus xəstəsi 4 günə sağalır. Bir pasiyentə lazım olan dərman kursunun məbləği isə 2 min dollardan çoxdur.